Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

OLİMPİADA 2017

Olimpiada 2017-nin III turunun iştirakçıları!
 
Olimpiada 2017-nin III onlayn turu sona çatmışdır. 29 aprel 2017-ci il tarixində baş tutan turda 1000-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 23 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
Qeyd edək ki,  keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
OLİMPİADA 2017. III ONLAYN TUR  
 
 
Əziz gənc dostlarımız, Olimpiada 2017-nin II turunun iştirakçıları!
 
Olimpiada 2017-nin II onlayn turu sona çatmışdır. 22 aprel 2017-ci il tarixində baş tutan turda 500-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 17 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
Qeyd edək ki,  keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
OLİMPİADA 2017. II ONLAYN TUR  
 
 
 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
 
2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Olimpiada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə"” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
 
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
 
Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki – onlayn və əyani turlardan ibarət olur. Keçirilən onlayn turlar arasında heç bir əlaqə yoxdur. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə biləcək.
 
Olimpiada 2017-nın I onlayn turu artıq arxada qalmışdır. 15 aprel 2017-cı il tarixində baş tutan turda 800-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 76 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
Qeyd edək ki,  keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
OLİMPİADA 2017. I ONLAYN TUR