Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

“İstedadların hazırlığı laboratoriyası” layihəsinə start verildi.

        Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

“İstedadların hazırlığı laboratoriyası” na seçim bütün ölkə üzrə keçiriləcək on-line olimpiadalar vasitəsi ilə baş tutacaq. Yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələdə öz biliklərini sınayacaqlar. İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün  www.istedad.az  saytına daxil olmaq lazımdır.