Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

“İstedadların hazırlığı laboratoriyası”nın rəsmi veb saytında sizləri xoş gördük.

Azərbaycan Respublikasının
Gənclər və İdman Naziri
Azad Rəhimov

Əziz istedadlı yeniyetmələr və gənclər, Sizin əldə etdiyiniz elmi bilikləriniz və kəşfləriniz gələcəkdə xalqımız, ölkəmiz və ümumilikdə bəşəriyyət üçün faydalı olacağına inanırıq. Bu istiqamətdə Respublika rəhbərliyi həyata keçirilməsi təklif edilən layihələrin dəstəklənməsini daim öz prioritetlərindən biri hesab edir. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “İstedadların hazırlığı laboratoriyası” layihəsi bu prosesə əsl təkanverici bir rəng qatacaq və belə layihələrin daha çox keçirilməsi üçün faydalı zəmin yaradacaqdır.
Keçirilən layihə Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması sahəsində əvəzolunmaz rol oynayacaqdır. Bu layihə bizə müasir yeniyetmələrimizi daha yaxından tanımağa onların elmi intellektual fəaliyyətləri üçün yeni geniş platformalar yaratmağa yardımçı olacaqdır. Adıçəkilən layihədə ölkəmizdə yeniyetmələr və gənclər arasında elmi kəşflər sahəsində təşəbbüslərinin çoxsaylı olduğunu nəzərə alaraq onlara hərtərəfli dəstəyin göstərilməsi əsas məqsəd kimi nəzərdə tutulmuşdur. Bu kəşflərin növbəti mərhələlərdə beynəlxalq müsabiqələrdə və olimpiadalarda təmsil olunması ilə biz Azərbaycanın elmi potensialının nə dərəcədə güclü olmasını bütün dünyaya göstərə bilərik.
Yeniyetmələr öz ixtiralarını təkmilləşdirmək üçün lazımi elmi mühit ilə təmin ediləcəklər. Hesab edirəm ki, bu layihə zamanı gənc ixtiraçı və yenilikçilər bir-biri ilə yaxın münasibətdə olaraq gələcəyin gənc alimlər şəbəkəsini formalaşdıracaqdır. Bu şəbəkənin daha da genişləndirilməsi, gücləndirilməsi və təbliği üçün lazımi dəstək realizə ediləcək layihə və ümumilikdə Nazirlik tərəfindən ümdə məramlardan biri kimi gündəmdə saxlanılacaqdır.
Hesab edirəm ki, bu layihənin əks sədası məktəblərimizdən də gələcək. Orta məktəblər arasında elmi ixtiralar sahəsində gedəcək rəqabət böyük miqyasda ölkədə elmi inkişafın daha da sürətlənməsinə münbit şərait formalaşdıracaqdır. Bu işdə müəllimlərlə şagirdlər arasında yaranacaq əhəmiyyətli elmi əməkdaşlıq münasibətləri Azərbaycan elmini yeni üfüqlərə çıxaracaq və onu yeni zirvələrə yüksəldəcəkdir.
Bu layihəyə hər birimiz çox böyük həvəs və eyni zamanda məsuliyyət hissi ilə başlayırıq. Onun effektinin maksimal şəkildə yüksək olması üçün komandamız əlindən gələni əsirgəməyəcəkdir. Çox istərdim ki, bu cərəyana təkcə layihənin tərəfləri deyil, eyni zamanda ümumilikdə ictimaiyyət və mətbuat nümayəndələri tərəfindən də dəstək verilsin.
Diləyirəm ki, layihə hər birimiz, xalqımız və Vətənimiz üçün uğurlu olsun!