Saytda qeydiyyatdan keçdikdən sonra
Sizin e-mail ünvanınıza gelən "Təsdiq linkı" nı
aktivləşdirmək lazımdır! Əks halda
Siz “Şəxsi kabinet” inizə daxil ola bilməyəcəksiniz!

Hörmətli şagirdlər, olimpiada iştirakçıları!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində 6 dekabr 2013-cü il tarixdə  Bakı şəhərində Park İNN mehmanxanasının “Dan ulduzu” zalında Respublika Olimpiadası keçiriləcəkdir.
Online keçirilən 3 olimpiada turunda 7 baldan yuxarı göstəricilər nümayiş etdirən bütün məktəblilər Respublika Olimpiadasında iştirak edəcəklər. (üç online olimpiada turları üzrə 7 baldan yuxarı göstəricilər nümayiş etdirən iştirakçıların siyahısı ilə "FƏXRİ OTAQ" səhifəsində tanış ola bilərsiniz. Hər üç siyahıda adı çəkilən məktəblilər olimpiadada iştirak edəcəklər).
Bakıda keçiriləcək Respublika Olimpiadasında iştirak etmək üçün 5 dekabr 2013-cü il tarixində saat 12.00-dan 16.00-dək  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qarşısında olmanız xahiş olunur. (Ünvan: AZ 1072, Bakı şəh., Olimpiya küç., 4)
Respublika olimpiadasına qatılacaq bütün iştirakçıları təbrik edir, onlara uğurlar arzulayırıq!!