Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Onlayn olimpiadada uğur qazanmış mingəçevirli qız ölkə məktəblilərini yarışa çağırdı

Mingəçevir şəhəri təbiət, riaziyyat və humnitar elmləri təmayüllü litseyin şagirdi Atyac Əliyeva Azərbaycan üzrə seçilən məktəlilərdəndir. Ən azından ona görə ki, keçən il respublika üzrə kimya olimpiadasında yüksək nəticə göstərərək dördüncü yer tutub. Lakin bununla belə, o, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsinə qatılaraq yüksək nəticə göstərməsini özü üçün böyük uğur sayır. Çünki burada iştirak imkanın daha demokratik və rəqabət mühitinin daha geniş olduğunu düşünür.
2013-cü ilin aprel ayında onlayn olimpiada vasitəsi ilə gerçəkləşdirilmiş layihənin məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Aytac Əliyeva mümkün 10 baldan 8-ni toplayraq respublikanın hər yerindən olimpiadanın I-ci turuna qatılmış 1700 şagird arasında ilk onluğa düşüb. Mingəçevir məktəblisi “Youthportal.az” saytına verdiyi müsahibədə çox nikbin olub.

- İlk dəfə idi ki, belə olimpiadaya qatılırdın?
- Hə, onlayn olimpiadada iştirak baxımından ilk təcrübəm idi.
- Sənin üçün çətin olmadı ki?
- Xeyr, sualların üzərində bir az fikirləşdim və cavablarını yazdım.
- Suallar maraqlı idimi?
- Məntiqi suallar idi, çox xoşuma gəldi. Belə suallar həmişə marağımı çəkib. Fərqlilik vardı.
- Məktəbdə öyrəndiyin biliklər yetərli idimi, yoxsa belə nəticə əldə etmək üçün xüsusi hazırlıq lazım gəlir?
- Əlbəttə, məktəbdəki biliklər yetərli idi. Mən şəhər litseyində təhsil alıram, çox güclü məktəbdir. Mənim üzərimdə müəllimlərimin böyük əməyi var.
- Ailəniz necə, sizin savadlı yetişməyinizə dəstək verirmi?
- Valideynlərim həmişə istəyirlər ki, mən yüksək nəticələr əldə edim və səsim yüksəklərdən gəlsin. Məndən kiçik qardaşım da mənim uğurlarıma sevinir, məni dəstəkləyir və mənimlə qürur duyur. Sağ olsunlar. Atam Mingəçevir şəhər İcra Hakimiyyətində işləyir, anam isə uşaq poliklinikasında həkimdir.
- Bütün günü dərs hazırlayırsan? Boş vaxın olurmu?
- Boş vaxtım olur. Mən axşamlar əsasən Kürün qırağına gəzməyə çıxıram. Televizora baxdığım vaxtlar da olur.
- Hobbin varmı?
- Demək olar ki, yoxdur. Deyərdim ki, ən böyük hobbim elə gəzməyə çıxmaqdır. Musiqiyə, ədəbiyyata marağım elə hamı kimidir.
- İndiyə kimi heç respublika səviyyəli olimpiadalara qatılmışdınmı?
- Mən keçən il Bakıda respublika üzrə kimya olimpiadasında iştirak eləmişdim, dördüncü yer tutmuşdum onda.
- Bu onlayn olimpiada ilə keçən ilki olimpiadanın fərqi nədədir?
- Onlayn olimpiada daha sərbəstdir. Həm də eyni zamanda daha çox insan qatıla bilir, rəqabət səviyyəsi yüksəlir. Belə olimpiadaların davamlı keçirilməsi vacibdir. Çünki hər bir şagirdə qoşulamaq və özünü sınamaq imkanı yaradır. Bu da biz şagirdləri ürəkləndirir, daha güclü edir.
Azərbaycan gənclərini ürəkli olub belə yarışlara qoşulmağa çağırıram. Oxumaqla burada çox şeyə nail olmaq olar.

http://youthportal.az/az/news/detail.php?ID=26522

YENİ VƏSAİTLƏR

SON XƏBƏRLƏR

29

Aprel, 2017
Onlayn olimpiadada uğur qazanmış mingəçevirli qız ölkə məktəblilərini yarışa çağırdı

20

Aprel, 2015
Onlayn olimpiadada uğur qazanmış mingəçevirli qız ölkə məktəblilərini yarışa çağırdı