Olimpiada 2019-un onlayn turları sona çatmışdır

İstedadların hazırlığı laboratoriyası layihəsinin III online fənn olimpiadası sona çatdı

Bildiyiniz kimi “ İstedadların hazırlıq laboratoriyası ” adlı layihə “ Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Nəzərinizə çatdırırıq ki, “ İstedadların hazırlığı laboratoriyası ” layihəsinə 2000 nəfərdən çox gənc qeydiyyatdan keçmişdir. 19 may 2013-cü il layihə çərçivəsində üçüncü fənn online olimpiada turu keçirilmişdir. Layihənin üçüncü online fənn turunda olimpiada iştiralçılarına fizika, kimya və riyaziyyat fənlərindən suallar təqdim olunmuşdur. Olimpiada turu zamanı 7-10 bal toplamış şagirdlər 24 nəfər olmaqla daha çox Bakı, Astara, Xaçmaz, Lənkəran və. s rayonlarının gəncləri olmuşlar.
Onu da qeyd edək ki, Final fənn olimpiadası əyani olaraq Bakı şəhərində keçiriləcəkdir. Final olimpidasına qatılacaq iştirakçıların siyahısı istedad.az saytın “Fəxri otaq” bölməsində yerləşdiriləcək və bu iştirakçıların e-mail ünvanlarına rəsmi dəvət məktubu göndəriləcəkdir.

http://youthportal.az/az/news/detail.php?ID=27037