Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Onlayn olimpiadanın 1-ci turunun çox inamlı qalibi

Masallı rayonunun Digah kənd orta məktəbinin şagirdi Şəhriyar Talıbov ilk baxışdan çox sakit və az danışan oğlandır. Amma bu, ilk baxışda belədir - bu qaradinməz oğlan Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilən“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilmiş onlayn olimpiadanın I turunun qalibi olub.
2013-cü ilin aprel ayından keçirilməyə başlayan onlayn olimpiadanın əsas məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Şəhriyar Talıbov I turda mümkün 10 baldan 10-unu toplayraq respublikanın hər yerindən olimpiadaya qatılmış 1700 şagird arasında 1-ci olub. Şəhriyar onlayan olimpiadanın may ayında keçirilmiş və sualları daha çətin olan II turuna da qatılıb və orada da 9 bal toplayıb. Beləliklə, bu Masallı məktəblisi I turdakı qələbəsinin təsadüfi olmadığını bir daha sübut edib.
“Youthportal.az” saytı bu gənc istedad ilə müsahibəni oxuculara təqdim edir.

- Şəhriyar, necə oldu ki, olimpiadaya qatıldın?
- Məktəbdə müəllimim dedi.
- İndiyə kimi belə bir olimpiadaya qatılmışdın?
- Birinci dəfə idi. İndiyə kimi heç bir olimpidaya qatılmamışdım.
- Özünü necə hiss elədin?
- Normal. Hər şey yaxşı idi. Heç bir həyəcan keçirmədim.
- Bir kənd məktəblisi üçün yetərincə uğurlu göstəricidir. Dərslərə necə hazırlaşırsan, fərdi müəllim yanına gedirsən, yoxsa məktəbdə öyrəndiklərin kifayət edir?
- Əlbəttə məktəbdə hazırlaşıram. Heç bir müəllim yanına hazırlığa getmirəm.
- Suallar çətin olmadı ki?
- Birinci turdakılar normal idi, amma ikinci turda nisbətən çətin suallar qoymuşdular. Suallar əsasən məntiqdən idi.
- Hazırlığına evdə kömək edən varmı? Yoxsa təkbaşına hazırlaşırsan?
- Yox, evdən heç kim mənim hazırlığıma kömək etmir, təkbaşına hazırlaşırım. Valideynlərim özləri çox məşğuldurlar, bütün günü işdə olurlar. Atam mühəndisdir, anam isə dövlət sektorunda işləyir.
- Böyüyəndə sən hansı sənəti seçmək istəyirsən?
- Mən iqtisadçı olmaq istəyirəm.
- Bəs hobbin varmı, boş vaxtında nə ilə məşğulsan?
- Boş vaxtımda futbol oynayıram. İdmana həvəsim böyükdür. Futbolu çox sevirəm. Kitab oxumağa marağım da böyükdür, Cül Vernin əsərlərini xüsusilə sevirəm. Sonuncu dəfə onun «Kapitan Qrantın uşaqları», «On beş yaşlı kapitan» əsərlərini oxumuşam.

http://youthportal.az/az/news/detail.php?ID=27053