Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

Olimpiada 2014-ün II turunda iştirak etmək istəyən gənclərin nəzərinə!!!

Ümumilikdə Olimpiada 2014 3 turdan ibarətdir. Birinci tur 29 mart 2014-cü il tarixdə baş tutdu. Ikinci tur 12 aprel 2014-cü il tarixdə keçiriləcək. Turlar arasında keçid balı mövcüd deyil. www.istedad.az saytında qeydiyyatda olan İSTƏNİLƏN gənc turların istənilən birində iştirak edə bilər. Bakı şəhərində keçiriləcək son YEKUN OLİMPİADADA hər üç turda yüksək göstəricilər nümayiş etdirmiş məktəblilər iştirak edəcək.
 
Olimpiada 2014-ün İkinci turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    12 aprel 2014-cü il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2014. İkinci tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatan kimi imtahan səhifəsi avtomatik olaraq bağlanacaq. Bu halda da Sizin cavablarınız yaddaşa verilməyəcək.
 
“Testi sona çatdır” düyməsini 45 dəqiqə tamam olmamışdan öncə basmaq lazımdır!
 
İmtahan səhifəsi 12 aprel 2014-cü il tarixi saat 12.00-dan 15.00-dək aktiv olacaqdır.
 
Əziz olimpiada iştirakçıları!
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 13 aprel 2014-cü il tarixdə saat 12.00-da “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.