Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

Olimpiada 2014-ün III turuna bir gün qaldı!!!

Əziz olimpiada iştirakçıları!
 
Olimpiada 2014-ün üçüncü-sonuncu online turu 26 aprel 2014-cü il tarixində keçiriləcəkdir. Bir daha xatırladaq ki, Turlar arasında keçid balı mövcüd deyilwww.istedad.az saytında qeydiyyatda olan İSTƏNİLƏN gənc turların istənilən birində iştirak edə bilər.
Olimpiada 2014-ünÜçüncüturundaiştiraketmək üçünaşağıdakılarariayətetməyinizxahiş olunur.
 
1.    26 aprel 2014-cü il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2014. Üçüncü tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır”düyməsini basın. 45 dəqiqə başa çatan kimi imtahan səhifəsi avtomatik olaraq bağlanacaq. Bu halda da Sizin cavablarınız yaddaşa verilməyəcək.
 
“Testi sona çatdır” düyməsini 45 dəqiqə tamam olmamışdan öncə basmaq lazımdır!
 
İmtahan səhifəsi 26 aprel 2014-cü il tarixi saat 12.00-dan 15.00-dək aktiv olacaqdır.
 Əziz olimpiada iştirakçıları!
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 27 aprel 2014-cü il tarixdə saat 12.00-da “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.