Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

Hörmətli şagirdlər, olimpiada iştirakçıları!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində 2014-cü ilin Respublika turunun keçirilməsi planlaşdırılır.
Bu ilki imtahan turu iki mərhələdən ibarət olacaqdır: yarımfinal (İdman Akademiyası, 23 iyun) və final (Park İNN mehmanxanasının “Dan ulduzu” zalı, 24 iyun) turlar.

Online keçirilən 3 olimpiada turunda 7 baldan yuxarı göstəricilər nümayiş etdirən bütün məktəblilər Respublika Olimpiadasının yarımfinalında  iştirak edəcəklər. (üç online olimpiada turları üzrə 7 baldan yuxarı göstəricilər nümayiş etdirən iştirakçıların siyahısı ilə "FƏXRİ OTAQ" səhifəsində tanış ola bilərsiniz. Hər üç siyahıda adı çəkilən məktəblilər olimpiadada iştirak edəcəklər).
Bakıda keçiriləcək Respublika Olimpiadasının yarımfinalında iştirak etmək üçün 23 iyun 2014-cü il tarixində saat 11.00-dan 12.00-dək  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qarşısında olmanız xahiş olunur. (Ünvan: AZ 1072, Bakı şəh., Olimpiya küç., 4) 
Respublika olimpiadasına qatılacaq bütün iştirakçıları təbrik edir, onlara uğurlar arzulayırıq!!