Respublika Olimpiadasının final turuna dair son xəbərlər...

Hörmətli şagirdlər, olimpiada iştirakçıları!
 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində 2015-ci ilin Respublika turunun keçirilməsi planlaşdırılır.
İmtahan turu 26 noyabr 2015-ci il tarixində Bakı şəhəri, Park İNN mehmanxanasında keçiriləcəkdir.

Online keçirilən 3 olimpiada turunda 7 baldan yuxarı göstəricilər nümayiş etdirən bütün məktəblilər Respublika Olimpiadasının final turunda  iştirak edəcəklər.
 
Bakıda keçiriləcək Respublika Olimpiadasının final turunda iştirak etmək üçün 25 noyabr 2015-ci il tarixində saat 11.00-dan 13.00-dək  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qarşısında olmanız xahiş olunur. (Ünvan: AZ 1072, Bakı şəh., Olimpiya küç., 4) 

Respublika olimpiadasına qatılacaq bütün iştirakçıları təbrik edir, onlara uğurlar arzulayırıq!!