Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

“İstedadların hazırlığı laboratoriyası – QALİBLƏR 2013-2015” albomu

 2013, 2014 və 2015-ci ildə keçirilən “İstedadların hazırlığı laboratoriyası”nda 89 nəfər 1-ci, 2-ci və 3-cü yerə layiq görülmüşlər. Onlardan 14-ü iki dəfə, 2 nəfər isə 3 dəfə fəxri kürsüyə çıxmışdır. Beləliklə, qaliblərin ümumi sayı 73 nəfərdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2013-2015-ci illərdə keçirilən olimpiadalarda qalib olan gənc dostlarımızın gündəlik həyatını, uğurlarını, maraq və özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən foto görüntülü “İstedadların hazırlığı laboratoriyası – QALİBLƏR 2013-2015” albomunu ərsəyə gətirmişdir. Həmin albomu Sizin diqqətinizə təqdim edirik. Siz də bu gənc yaşında belə böyük uğurlara imza atan yeniyetmə və gənclərimiz ilə tanış olun.

“İstedadların hazırlığı laboratoriyası – QALİBLƏR 2013-2015” albomu