Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

Olimpiada 2017-nin İkinci turunda iştirak etmək istəyənlərin nəzərinə....

Əziz gənclər!
 
22 aprel 2017-ci il tarixdə Olimpiada 2017-niİkinci turu keçiriləcəkdir.www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
 
Olimpiada 2017-niİkinci turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    22 aprel 2017-ci il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2017. İkinci tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatana kimi "Testi sona çatdır"düyməsini basmaq lazımdır. 
 
Əks halda cavablarınız qeydə alınmayacaqdır.
 
İmtahan səhifəsi 22 aprel 2017-ci il tarixi saat 12.00-da açılacaq və 45 dəqiqə ərzində aktiv olacaqdır.
 
Əziz olimpiada iştirakçıları!
 
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 23 aprel 2017-ci il tarixdə  “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
 
Qeyd: Keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.