Olimpiada 2019-a start verilir!!!

Onlayn turlar 13,20, 27 aprel saat 12:00-da keciriləcək

“İstedadların hazırlığı laboratoriyası” Beynəlxalq Olimpiadası

2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Olimpiada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə"” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.