Olimpiada 2018-in onlayn turları başlayır!

Onlayn turlar 20,27 oktyabr və 3 noyabr saat 12:00-da keçiriləcək

Olimpiada 2018-in Üçüncü turunda iştirak etmək istəyənlərin nəzərinə....

 Əziz gənclər!

 
03 noyabr 2018-ci il tarixdə Olimpiada 2018-in Üçüncü turu keçiriləcəkdir. www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
 
Olimpiada 2018-iÜçüncü turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    03 noyabr 2018-ci il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2018. Üçüncü tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatana kimi "Testi sona çatdır"düyməsini basmaq lazımdır. 
 
Əks halda cavablarınız qeydə alınmayacaqdır!!!!
 
İmtahan səhifəsi 03 noyabr 2018-ci il  saat 12.00-da açılacaq və saat 14.00-dək aktiv olacaqdır. İmtahan isə 45 dəqiqə davam edəcəkdir.
 
Əziz olimpiada iştirakçıları!
 
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 04 noyabr 2018-ci il tarixdə  “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
 
Qeyd: Keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Sonradan Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.