Olimpiada 2018-in onlayn turları başlayır!

Onlayn turlar 20,27 oktyabr və 3 noyabr saat 12:00-da keçiriləcək

İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırıldı

Mükafatlandirma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev,  Milli Məclisin Gənclər siyasəti və idman Komitəsinin sədri Ülvi Quliyev,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçiliyi Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Ailə, Qadın və Uşaq Komitəsi sədrinin müavini Aynur Sofiyeva və digər rəsmi şəxslər iştirak edirdilər. 
 
10 dekabr 2018-ci il tarixindən başlayaraq Bakıda "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasına start verilib. Olimpiada Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın oyadılması, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasındır. 

Qeyd edək ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilmiş və həmin il Bakıda 8 ölkənin iştirakı ilə "İstedadların hazırlığı laboratoriyası"  I Beynəlxalq Olimpiadası keçirilmişdir. Indiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılmışdır. 

II Beynəlxalq Olimpiadaya 9 xarici ölkədən - Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçılar qatılır.

Beynəlxalq olimpiadada xarici iştirakçılarla yanaşı, eyni zamanda, cari ilin noyabr ayında "İstedadların hazırlığı laboratoriyası" VI Respublika Olimpiadasının onlayn turlarının qalibləri olan azərbaycanlı iştirakçılar da yarışıblar. 
14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə keçirilir. Hər üç fənnin nəticələrinə əsasən müəyyən edilən qaliblər qiymətli hədiyyələr, Olimpiadanın diplom və medalları ilə təltif olunublar.
Qeyd edək ki, olimpiadanın final turu dekabrın ayının 12-də baş tutub. Dekabrın 13-də "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Beynəlxalq Elm Olimpiadaların qaydalarına görə 5 nəfər 1-ci, 10 nəfər ikinci və 14 nəfər 3-cü yerə layiq görülüb.
Azərbaycandan olan inştirakçılar 9 medal qazanıblar ki, onlardan 8 -i bürünc, 1-i gümüşdür. Komanda olaraq 1-ci yeri Rusiya Federasiyası, 2-ci yeri Özbəkistan, 3-cü yeri Tacikistan yeniyetmələri qazandılar.

Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir (1-ci yer üçün Acer kompyuteri, 2-ci yer üçün HP netbuku və 3-cü yer üçün Lenovo planşetləri).
Moskva dövlət Fizika-Mühəndislik İnstitutunun dosenti, Rusiya komandasının daimi elmi rəhbəri Mixail Osin çıxışında Beynəlxalq olimpiadanın yüksək elmi səviyyəsini və təşkilatçılığını qeyd etmişdir. Azərbaycana hər zaman gəldikdə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Tədbirdə həmçinin  "İstedadların hazırlığı laboratoriyası" Beynəlxalq Olimpiadasının Elmi Komitəsinin üzvləri Bakı Mühəndislik Universitetinin dosenti Naqif Nəbiyev, həmin universitetinin kafedra müdiri Yusif Abdullayev, AMEA Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi Eldar Məmmədova Olimpiadanın hazırlığına verdikləri böyük tövhəyə görə Diplomlar təqdim edilmişdir.
 
    

YENİ VƏSAİTLƏR

SON XƏBƏRLƏR

29

Aprel, 2017
İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırıldı

20

Aprel, 2015
İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırıldı