Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Olimpiada 2019--un Üçüncü turu!!!

 Əziz gənclər!

27 aprel 2019-cu il tarixdə Olimpiada 2019-uÜçüncü turu keçiriləcəkdir.www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
 
Olimpiada 2019-uÜçüncü turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    27 aprel 2019-cu il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2019. Üçüncü tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın. ("Başla" düyməsi saat 12:00-da yaranacaq)
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatana kimi "Testi sona çatdır"düyməsini basmaq lazımdır. 
 
Əks halda cavablarınız qeydə alınmayacaqdır.
 
İmtahan səhifəsi 27 aprel 2019-cu il tarixi saat 12.00-dan açılaraq 1 saat ərzində aktiv olacaqdır. İmtahan turu isə  45 dəqiqə davam edəcək. saat 13:00-dan sonra imtahan səhifəsi aktiv olmayacaqdır.
 
Əziz olimpiada iştirakçıları!
 
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 28 aprel 2019-cu il tarixdə  “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
 
Qeyd: Keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Növbəti aylarda Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
Əziz gənclər hər birinizə uğurlar arzulayırıq!!!