Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadasının qalibləri bəlli oldu!!!

Artıq yeddinci mövsümdür ki, uğurla davam edən “İstedadların hazırlığı laboratoriyası” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir. 

Həyata keçirildiyi yeddi ildə olduğu kimi, bu il də layihə öz iştirakçılarını 3 online olimpiada turu vasitəsilə müəyyənləşdirmişdir. VII Respublika Olimpiadasının onlayn turları 13, 20 və 27 aprel 2019-cu il tarixlərdə keçirilmiş və bu turlar nəticəsində əyani imtahan turuna Bakı, Gəncə, Lənkəran, Naxçıvan şəhərləri, Ağdaş, Astara, Biləsuvar,Ucar, Qax və s. rayonların yeniyetmələri vəsiqə qazanmışlar. Yerli təhsil ocaqlarının şagirdlərindən əlavə, əyani turda Belorusiya, Rusiya, Estoniya, Qırğızıstan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Tacikstan və Moldova ölkələrinin şagirdləri də öz biliklərini sınamışlar. 13 dekabr 2019-cu il tarixdə baş tutan əyani olimpiada turu riyaziyyat, fizika və kimya fənnləri  üzrə üç dildə - Azərbaycan, İngilis və Rus dillərində aparılmışdır. Əyani olimpiada turunun Mükafatlandırma mərasimi 14 dekabr 2019-cu il tarixdə keçirilmişdir.
 
Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadasının qaliblərini səmimi qəlbdən təbrik edirik!!! Onlara gələcəkdə yeni zirvələr və yeni qalibiyyətlər arzu edirik!!! 
 

YENİ VƏSAİTLƏR

SON XƏBƏRLƏR

29

Aprel, 2017
Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadasının qalibləri bəlli oldu!!!

20

Aprel, 2015
Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadasının qalibləri bəlli oldu!!!