Saytda qeydiyyatdan keçdikdən sonra
Sizin e-mail ünvanınıza gelən "Təsdiq linkı" nı
aktivləşdirmək lazımdır! Əks halda
Siz “Şəxsi kabinet” inizə daxil ola bilməyəcəksiniz!

İstedadların hazırlığı Laboratoriyası 2014-ün iştirakçısı Mirzəyev Aqil şəhidlik zirvəsinə ucalmışdır!

Şəhid Mirzəliyev Aqil Mehman 1999-cu il ildə İsmayıllı rayonunda anadan olub. İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bitirdikdən sonra, 613 balla ADİU-a qəbul olunub. Hərbi xidmətini XTQ əsgəri olaraq davam edib. Vətən müharibəsinin Murov, Cəbrayıl, Füzuli, Hadrut cəbhələrindəki döyüşlərdə iştirak edib, Xocavənd rayonu, Tuğ kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhid olub.
Aqil məktəbdə oxudu dövrlərdə intellektual oyunlarda fəal iştirak edib və müxtəlif yarışlarda qalib olub. O, 2014-cü ildə "İstedadların Hazırlığı Laboratoriyası"nın Birinci Onlayn turunun qalibi qismində Bakıda keçirilən Əyani Olimpiada Turunda iştirak etmişdi.
Anası ilə telefon danışığı:
"Burda bir rütbəli var. Bir dəfə yaralandı, könüllü qayıtdı yenidən cəbhəyə. İkinci dəfə yaralandı dedi "Vətən sağ olsun!". Bax belə oğulların yanında mənim nəsə deməyə haqqım yoxdur. Mənə nə tapşırıq verilsə, onu edəcəm!"
Allah şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır!

        

         

         

         

YENİ VƏSAİTLƏR

SON XƏBƏRLƏR

29

Aprel, 2017
İstedadların hazırlığı Laboratoriyası 2014-ün iştirakçısı Mirzəyev Aqil şəhidlik zirvəsinə ucalmışdır!

20

Aprel, 2015
İstedadların hazırlığı Laboratoriyası 2014-ün iştirakçısı Mirzəyev Aqil şəhidlik zirvəsinə ucalmışdır!