Saytda qeydiyyatdan keçdikdən sonra
Sizin e-mail ünvanınıza gelən "Təsdiq linkı" nı
aktivləşdirmək lazımdır! Əks halda
Siz “Şəxsi kabinet” inizə daxil ola bilməyəcəksiniz!

"İstedadların hazırlığı laboratoriyası" IV Beynəlxalq Olimpiadası keçirilmişdir

6-11 dekabr 2021-ci il tarixlərdə Bakıda "İstedadların hazırlığı laboratoriyası" IV Beynəlxalq Olimpiadası keçirilmişdir. Olimpiada Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilmişdir.
            Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, müvafiq sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün MDB məkanında şəraitin yaradılmasından ibarətdir.
            Qeyd edək ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilmişdir. Beynəlxalq olimpiadada Azərbaycanlı iştirakçılar ilə yanaşı, MDB iştirakçı ölkələrdən və Baltikyanı ölkələrdən olan iştirakçılar da  yarışmışlar.
            14-16 yaşlı yeniyetmələrin iştirak etdiyi Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə keçirilmişdir. Qaliblərin mükafatlandırma mərasimi dekabrın 8-də təşkil edilmişdir.
            Hər üç fənnin nəticələrinə əsasən beynəlxalq olimpiadanın qalibləri aşağıdakı kimi müəyyən edilmişdir:
 
3-cü yer:
Vinoqradov Fedor - Rusiya
Yusifli Yusif - Azərbaycan
Korniyaş Fedor - Qırğızıstan
Rzaquluzadə Nihad - Azərbaycan
Nəzərov Cavid - Azərbaycan
Oxunova Şukrona - Tacikistan
 
2-ci yer:
Oraz Anuar - Qazaxıstan
Şadrin Andrey - Belarus
Maxajanov Oljas - Qazaxıstan
Quliyev Fərid - Azərbaycan
Kuzmenkov Leonid - Belarus
Borovoy Qleb - Belarus
 
1-ci yer:
Namazova Dərya - Azərbaycan
Petrov Mixail - Rusiya
Korostelev Nikita - Rusiya
 
Bundan əlavə, toplanan balların nəticələrinə görə komanda hesabında yerlər aşağıdakı qaydada müəyyənləşmişdir:
1-ci yer - Rusiya
2-ci yer - Azərbaycan
3-cü yer - Belarus