Olimpiada 2019-un onlayn turları sona çatmışdır

OLİMPİADA 2013-2018

İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırıldı

Mükafatlandirma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev,  Milli Məclisin Gənclər siyasəti və idman Komitəsinin sədri Ülvi Quliyev,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçiliyi Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Ailə, Qadın və Uşaq Komitəsi sədrinin müavini Aynur Sofiyeva və digər rəsmi şəxslər iştirak edirdilər.  

10 dekabr 2018-ci il tarixindən başlayaraq Bakıda "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasına start verilib. Olimpiada Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın oyadılması, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasındır. 
Qeyd edək ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilmiş və həmin il Bakıda 8 ölkənin iştirakı ilə "İstedadların hazırlığı laboratoriyası"  I Beynəlxalq Olimpiadası keçirilmişdir. Indiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılmışdır. 

II Beynəlxalq Olimpiadaya 9 xarici ölkədən - Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçılar qatılır.

Beynəlxalq olimpiadada xarici iştirakçılarla yanaşı, eyni zamanda, cari ilin noyabr ayında "İstedadların hazırlığı laboratoriyası" VI Respublika Olimpiadasının onlayn turlarının qalibləri olan azərbaycanlı iştirakçılar da yarışıblar. 

14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fənnləri üzrə keçirilir. Hər üç fənnin nəticələrinə əsasən müəyyən edilən qaliblər qiymətli hədiyyələr, Olimpiadanın diplom və medalları ilə təltif olunublar.

Qeyd edək ki, olimpiadanın final turu dekabrın ayının 12-də baş tutub. Dekabrın 13-də "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Beynəlxalq Elm Olimpiadaların qaydalarına görə 5 nəfər 1-ci, 10 nəfər ikinci və 14 nəfər 3-cü yerə layiq görülüb. Azərbaycandan olan inştirakçılar 9 medal qazanıblar ki, onlardan 8 -i bürünc, 1-i gümüşdür. Komanda olaraq 1-ci yeri Rusiya Federasiyası, 2-ci yeri Özbəkistan, 3-cü yeri Tacikistan yeniyetmələri qazandılar.

Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir (1-ci yer üçün Acer kompyuteri, 2-ci yer üçün HP netbuku və 3-cü yer üçün Lenovo planşetləri).

Moskva dövlət Fizika-Mühəndislik İnstitutunun dosenti, Rusiya komandasının daimi elmi rəhbəri Mixail Osin çıxışında Beynəlxalq olimpiadanın yüksək elmi səviyyəsini və təşkilatçılığını qeyd etmişdir. Azərbaycana hər zaman gəldikdə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Tədbirdə həmçinin  "İstedadların hazırlığı laboratoriyası" Beynəlxalq Olimpiadasının Elmi Komitəsinin üzvləri Bakı Mühəndislik Universitetinin dosenti Naqif Nəbiyev, həmin universitetinin kafedra müdiri Yusif Abdullayev, AMEA Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi Eldar Məmmədova Olimpiadanın hazırlığına verdikləri böyük tövhəyə görə Diplomlar təqdim edilmişdir.
 
 OLİMPİADA 2017. III ONLAYN TUR  
 
 
Əziz gənc dostlarımız, Olimpiada 2017-nin II turunun iştirakçıları!
 
Olimpiada 2017-nin II onlayn turu sona çatmışdır. 22 aprel 2017-ci il tarixində baş tutan turda 500-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 17 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
Qeyd edək ki,  keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
OLİMPİADA 2017. II ONLAYN TUR  
 
 
 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
 
2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Olimpiada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə"” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
 
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
 
Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki – onlayn və əyani turlardan ibarət olur. Keçirilən onlayn turlar arasında heç bir əlaqə yoxdur. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə biləcək.
 
Olimpiada 2017-nın I onlayn turu artıq arxada qalmışdır. 15 aprel 2017-cı il tarixində baş tutan turda 800-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 76 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
Qeyd edək ki,  keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
OLİMPİADA 2017. I ONLAYN TUR  
 
 
İstedadlarin Hazırlığı Laboratoriyası layihəsi çərçivəsində keçirilən
IV Respublika Olimpiadasının final turunun qalibləri 
 
Hörmətli şagirdlər, olimpiada iştirakçıları!
 
Artıq dördüncü mövsümdür ki, uğurla davam edən “İstedadların hazırlığı laboratoriyası” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.
                 
Bu layihə ölkəmizdə keçirilən distant təhsilin və yarışların içərisində şübhəsiz ki, özünəməxsus mövqeyə malikdir. Öz ətrafında 8000-dən artıq gənci toplamağa müvəffəq olmuş bu layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır. Müasir gündə yeniyetmələrin bu layihə vasitəsilə nümayiş etdirdikləri yüksək göstəricilər qiymətləndirilir, bu yönümdə inkişaf etmək istəyən gənclərimiz KİV-də təbliğ edilir və bu da təbii ki, onların bu sahələrdə fəaliyyətlərini daha da genişləndirməyə sövq edir
Bax beləcə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin Respublika turu da geridə qaldı.
Siz-bizim gənc dostlarımız bu turda öz biliklərinizi sınadız, medal və dəyərli hədiyyələr ilə mükafatlandırıldız.
AR Gənclər və İdman Nazirliyi Respublika turuna qatılan hər bir gənci ürəkdən təbrik edir və onlara yeni bilik zirvələrini fəth etməyi arzu edir.
 
IV Respublika Olimpiadasının final turunun qalibləri 
 


 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
Nəhayət ki, layihənin dördüncü turu 23 aprel 2016-cı il tarixdə layihənin onlayn turlarına yekun vurdu. 120-dən artıq iştirakçının yer aldığı turda 14 nəfər yüksək göstərici nümayiş etdirmişdir.
Aşağıda dördüncü turun qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz. Bu göstəricilərin sahiblərini əyani turda görmək ümidi ilə səmimi qəlbdən təbrik edirik.
 
 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
 
Olimpiada 2016-nın III onlayn turu artıq arxada qalmışdır. 16 aprel 2016-cı il tarixində baş tutan turda 200-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 21 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər. Fəal rayonların içərisində Bakı, Sumqayıt, Mingəçevir şəhərləri və s. adlarını qeyd etmək olar.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
 
OLİMPİADA 2016. III ONLAYN TUR
 
 
Əziz, gənc dostlarımız!
Bildiyiniz kimi, 09 aprel tarixində layihəmizin ikinci turu baş tutmuşdur. Bu turda 400 artıq gənc dostlarımız öz biliklərini sınamışlar. Hal-hazırda bu turda seçilmiş 11 nəfərin siyahısını Sizin diqqətinizə çatdırırıq.
 
OLİMPİADA 2016. II ONLAYN TUR
 
 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
 
2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Olimpiada “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə"” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
 
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
 
Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki – onlayn və əyani turlardan ibarət olur. Keçirilən onlayn turlar arasında heç bir əlaqə yoxdur. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə biləcək.
 
Olimpiada 2016-nın I onlayn turu artıq arxada qalmışdır. 02 aprel 2016-cı il tarixində baş tutan turda 900-dən artıq yeniyetmə iştirak etmişdir. 45 dəqiqə sürən imtahan turunda onlardan 42 nəfəri yüksək göstəricilər nümayiş etdirmişlər. Fəal rayonların içərisində Bakı, Gəncə, Mingəçevir, İsmayıllı şəhərlərini, Şirvan, Biləsuvar, Qax rayonlarını və s. adlarını qeyd etmək olar.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
Bu göstəricilərin müəlliflərini ürəkdən təbrik edirik.
 
OLİMPİADA 2016. I ONLAYN TUR  
 
 
Olimpiada 2016-ya start verildi!!!
 
Əziz şagirdlər, hörmətli olimpiada iştirakçıları!
 
“İstedadların hazırlığı laboratoriyası” layihəsinin çərçivəsində keçirilən “Olimpiada 2016” artıq başlayır. Bu mərhələdə bizi üç online olimpiada turu gözləyir.Turlar 2,9 və 16 aprel 2016-cı il tarixlərində baş tutacaq. Ümumilikdə hər bir tur 45 dəqiqə davam edəcək və imtahan səhifəsi yalnız 45 dəqiqə aktiv olacaqdır.Yüksək ball toplayan iştirakçılar sonradan Bakı şəhərində təşkil olunacaq əyani turda iştirak etmək imkanı qazanacaqlar.
 
Öz biliklərini sınamaq, dəyərli hədiyyə və diplomlarla mukafatlanmaq, beynəlxalq olimpiadalara vəsiqə qazanmaq istəyən hərkəsi iştiraka dəvət edirik.
 
İlk oplimpiada turumuz 2 aprel 2016-cı il tarixdə baş tutacaqdır. Olimpiada turunun keçirilməsi qaydaları ayrıca olaraqwww.istedad.az saytında işıqlandırılacaqdır.
 
Saytı izləməyi unutmayın!!!
 
 
Əziz olimpiada iştirakçıları, bizim gənc dostlarımız!
 
26 aprel 2015-ci il tarixdə “İstedadların hazırlığı laboratoriyası” layihəsinin üçüncü mövsümünün online turları  başa çatdı. Xatırladaq ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.
 
Bu layihə ölkəmizdə keçirilən distant təhsilin və yarışların içərisində şübhəsiz ki, özünəməxsus mövqeyə malikdir. Öz ətrafında 8000-dən artıq gənci toplamağa müvəffəq olmuş bu layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır. Müasir gündə yeniyetmələrin bu layihə vasitəsilə nümayiş etdirdikləri yüksək göstəricilər qiymətləndirilir, bu yönümdə inkişaf etmək istəyən gənclərimiz KİV-də təbliğ edilir və bu da təbii ki, onların bu sahələrdə fəaliyyətlərini daha da genişləndirməyə sövq edir. 
 
Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki – onlayn və əyani turlardan ibarət olur. Keçirilən onlayn turlar arasında heç bir əlaqə yoxdur. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə biləcək.
 
Olimpiada 2015-in sonuncu III onlayn turu da artıq sona çatmışdır. 26 aprel 2015-ci il tarixində baş tutan turda 300-ə qədər yeniyetmə iştirak etmişdir. Fizika, kimya və riyaziyyat fənlərinə dair suallardan ibarət olan və 45 dəqiqə sürən imtahan turunda onlardan 90 nəfərə yaxın gənc yüksək göstəricilər nümayiş etdirmişlər.
 
Hal-hazırda Sizin diqqətinizə yüksək göstəricilər nümayiş etdirmiş iştirakçıların siyahısını təqdim edirik.
Bu göstəricilərin müəlliflərini ürəkdən təbrik edirik.
 
OLİMPİADA 2015. III ONLAYN TUR 
 
 
 
Əziz dostlar, gənc olimpiada iştirakçıları!
 
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən layihələr arasında gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etmək məqsədi daşıyan  “İstedadların hazırlığı laboratoriyası” layihəsi öz uğurlu fəaliyyəti ilə xüsusilə seçilir.
 
Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə təşkil edilmişdir.

İstifadəçi adı