Tezliklə olimpiada 2020-ə start veriləcək!

Onlayn turlada iştirak edin!Qalib Olun!

OLİMPİADA 2020

“İstedadların hazırlığı laboratoriyası” VII Respublika Olimpiadasına start verilir
12 dekabr 2020-ci il tarixdə Olimpiada 2020-in Birinci turu keçiriləcəkdir.www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
 
Olimpiada 2020-in Birinci turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    12 dekabr 2020-ci il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2020. Birinci tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatana kimi "Testi sona çatdır"düyməsini basmaq lazımdır. 
 
Əks halda cavablarınız qeydə alınmayacaqdır.
 
İmtahan səhifəsi 12 dekabr 2020-ci il tarixi saat 12.00-dan açılaraq 1 saat ərzində aktiv olacaqdır.
 
Əziz olimpiada iştirakçıları!
 
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 13 dekabr 2020-ci il tarixdə  “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
 
Qeyd: Keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. 2021-ci ilin yazında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.
 
Əziz gənclər hər birinizə uğurlar arzulayırıq!!!