Saytda qeydiyyatdan keçdikdən sonra
Sizin e-mail ünvanınıza gelən "Təsdiq linkı" nı
aktivləşdirmək lazımdır! Əks halda
Siz “Şəxsi kabinet” inizə daxil ola bilməyəcəksiniz!

OLİMPİADA 2020

“İstedadların hazırlığı laboratoriyası” VIII Respublika Olimpiadasının İkinci turunda iştirak etmək istəyənlərin nəzərinə!
19 dekabr 2020-ci il tarixdə VIII Olimpiadanın İkinci turu keçiriləcəkdir.www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
 VIII Olimpiadanın İkinci turunda iştirak etmək üçün aşağıdakılara riayət etməyiniz xahiş olunur.
 
1.    19 dekabr 2020-ci il tarixdə saat 12.00-da öz “Şəxsi kabinet”inizə daxil olun.
2.    Şəxsi kabinetinizdəki “İmtahan və nəticələri” səhifəsinə daxil olun.
3.    İmtahan sıralamasında “Olimpiada 2020. İkinci tur” bölməsinə daxil olun.
4.    “Başla” düyməsini basın.
 
İmtahan turu 10 sualdan (3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarətdir və ümumilikdə 45 dəqiqə davam edir. Siz imtahanı tez də sona çatdıra bilərsiniz. Bunun  üçün “Testi sona çatdır” düyməsini basın. 45 dəqiqə başa çatana kimi "Testi sona çatdır"düyməsini basmaq lazımdır. 
 
Əks halda cavablarınız qeydə alınmayacaqdır.
 
İmtahan səhifəsi 19 dekabr 2020-ci il tarixi saat 12.00-dan açılaraq 1 saat ərzində aktiv olacaqdır.
 
Əziz olimpiada iştirakçıları!
 
İmtahan turunu başa vurduqdan sonra, öz nəticələriniz ilə 20 dekabr 2020-ci il tarixdə  “İmtahan və nəticələri” səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
 
Qeyd: Keçirilən online turlar arasında heç bir əlaqə yoxdur. 2021-ci ilin yazında Bakıda keçirilməsi planlaşdırılan Beynəlxalq Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak edə bilər.